Dəniz faciələrinin əsas səbəbləri bunlardır - XƏBƏRDARLIQ

Dəniz faciələrinin əsas səbəbləri bunlardır - XƏBƏRDARLIQ
24.06.2025 12:37 Cəmiyyət

“Yay mövsümündə dənizdə baş verən faciələrin əksəriyyəti qarşısı alına biləcək səhvlərə görə baş verir”.

Təhlükəsizlik eksperti Orxan Musayev bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, dəniz istirahəti insanların ən çox üstünlük verdiyi məkanlardan biri olsa da, bu gözəl məkanda təhlükə hər an baş verə bilər:

“Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi davranış kimi qəbul olunur. Halbuki bu hallar çox təhlükəlidir və bəzən həyatla nəticələnə bilər. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Bu cür çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyətləri fəaliyyət göstərir və hər hansı fövqəladə hal zamanı çevik müdaxilə etmək mümkündür”.

Mütəxəssiz bildirib ki, nəzarətsiz çimərliklərdə isə bu imkan olmadığından, baş verən qəzalarda çox zaman insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə isə suyun dərinliyi müəyyən olunub, daş-qaya kimi təhlükəli əşyalar təmizlənib.

O diqqətə çatdırıb ki, dənizə girməzdən əvvəl hava durumu, küləyin gücü və dalğanın hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə bu amillər səbəbilə özlərini itirə bilirlər.

Orxan Musayev qeyd edib ki, maarifləndirici və təbliğat işləri daha da gücləndirilməlidir. İnsanlar yalnız "dalğa var, suya girmə" xəbərdarlığı ilə kifayətlənməməli, eyni zamanda bu dalğaların və su axınlarının insan bədəninə necə təsir etdiyini də bilməlidirlər:

"Axına düşəndə bədəndə nə baş verir, boğulma zamanı hansı fizioloji dəyişikliklər olması barədə insanlar məlumatlı olmalıdır. Çimərliklərdə qaydaları pozanlara qarşı həm ictimai qınaq, həm də inzibati cərimələr tətbiq olunmalıdır ki, bu halların qarşısı alınsın.  Boğulma hadisələri çox zaman səssiz və ani baş verir. Bu cür faciələrin hər il təkrarlanmasının əsas səbəbi ehtiyatsızlıq və "heç nə olmaz" düşüncəsidir".

O. Musayev xəbərdarlıq edib ki, insanlar təhlükəni dərk etməli və dənizdə davranışlarına daha ciddi yanaşmalıdırlar.

Türkan İsgəndərli

FOTOLAR

Dəniz faciələrinin əsas səbəbləri bunlardır - XƏBƏRDARLIQ — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər