Bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
23.06.2025 11:41 Cəmiyyət

Azərbaycanın bəzi rayonlarında iyunun 23-ü saat 11:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Naftalanda 18 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin 24-ü axşamadək davam edəcəyi gözlənilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər