Bakıda qar nəqliyyatın hərəkətini çətinləşdirdi

Bakıda qar nəqliyyatın hərəkətini çətinləşdirdi
20.01.2026 21:58 Cəmiyyət

Bakıda qar səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Məlumata görə, hazırda Suraxanı rayonunda İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonunda Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və “Neapol” dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər