Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü

Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü
31.07.2025 17:07 Cəmiyyət

31 iyul 2025-ci il tarixində ali məktəblərə qəbul olunmaları ilə əlaqədar Uşaq Səfirlər Məclisindəki fəaliyyətlərini başa vuran səfirlərlə görüş zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gəncləri təbrik edərək onların həyatlarının növbəti mərhələsində – ali təhsil dövründə də uğurlar qazanacaqlarına inandığını bildirib. O, məktəb və ailə mühiti ilə kifayətlənməyən bu gənclərin daha geniş miqyasda ictimai-sosial həyata qoşularaq, həmyaşıdlarının inkişafı üçün əhəmiyyətli fəaliyyət göstərdiklərini qeyd edib. 

TodayPress TV xəbər verir ki, B.Muradova Uşaq Səfirlər Məclisinin üzvlərinin uşaq hüquqlarının qorunması və təminatı ilə bağlı proseslərdə fəal iştirak etdiyini, dünyanı uşaqlar üçün daha yaşanılan bir cəmiyyətə çevirmək işinə töhfə verdiklərini vurğulayıb. 

Komitə sədri bildirib ki, bu gün uşaqlar üçün bərabər imkanların mövcud olduğu, müstəqil və güclü Azərbaycan dövləti, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uşaqların rifahı üçün yaxşı bir cəmiyyət formalaşdırılması nümunəsini yaradır və dünyaya sülh və ədalət çağırışları ünvanlayır. 



B.Muradova Uşaq Səfirlər Məclisinin uşaq iştirakçılığının genişləndirilməsi baxımından Komitə üçün mühüm layihə olduğunu və bu layihənin uğurla həyata keçirilməsində iştirak edən hər bir gəncin əməyi ilə qürur duyduğunu deyib. O, bu layihə çərçivəsində göstərilən fəaliyyəti yüksək qiymətləndirib, səfirlərin nüfuzlu ali məktəblərə, o cümlədən xarici universitetlərə qəbul olunmalarını böyük nailiyyət adlandırıb. Xüsusilə qeyd edib ki, səfirlərin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” əsasında təhsil almaq hüququ qazanmaları onların üstün bacarıqlara sahib olduqlarının göstəricisidir.

Gənclərin uğurlarında valideynlərin və müəllimlərin mühüm rolunu vurğulayan Komitə sədri, onlara daim diqqət göstərməyin vacibliyini qeyd edib.

Çıxışının sonunda B.Muradova, bu gənclərin gələcəkdə də uşaqların hüquqlarının müdafiəsi prosesində fəal iştirak edə biləcəklərini, yeni səfirlər üçün mentor rolunu oynamaqla bu təşəbbüsün daha geniş yayılmasına töhfə verə biləcəklərini bildirib.

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, həyata keçirilən layihə öz uğurlarını artıq nümayiş etdirir və bu uğurun əsas səbəbi məhz Uşaq Səfirlər Məclisinin üzvlərinin fəaliyyəti ilə bağlıdır. O qeyd edib ki, səfirlər öz üzərində çalışmaqla, yalnız fərdi inkişaf yox, eyni zamanda cəmiyyətə töhfə vermək bacarıqları ilə layihənin ölkədə tanınması və uğur qazanması istiqamətində mühüm iş görüblər.

Aynur Sofiyeva, xarici universitetlərə qəbul olunan gənclərin orada əldə edəcəkləri bilik və bacarıqların, gələcəkdə ölkənin insan kapitalının formalaşmasında mühüm rol oynayacağına inamını ifadə edib.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, səfirləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və nailiyyətlərinin davamlı olacağına inandığını bildirib. 

Vətəndaşlıq məsuliyyəti və ictimai fəallığın önəmini vurğulayan S.Qəhrəmanova Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, ölkənin əldə etdiyi nailiyyətlərin tanıdılması və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini qeyd edərək, səfirlərin bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali məktəbə qəbul olmaqları ilə bağlı  məclisdə fəaliyyəti başa çatmış səfirlər çıxış edərək göstərilən etimada və yaradılan imkanlara görə Dövlət Komitəsinə təşəkkür ediblər. Onlar Uşaq Səfirlər Məclisində iştirakın həyatlarında mühüm mərhələ olduğunu qeyd edərək bildiriblər ki, bu platforma təkcə bilik və bacarıqların inkişaf etdirilməsi üçün deyil, həm də şəxsiyyət kimi formalaşmaq, öz fikrini sərbəst ifadə etmək, ictimai məsələlərə münasibət bildirmək və qərar qəbuletmə proseslərində iştirak etməyi öyrənmək baxımından onlar üçün dəyərli təcrübə olub. Gənc səfirlər vurğulayıblar ki, Məclis onlara həm komandada işləməyi, həm liderlik bacarıqlarını formalaşdırmağı, həm də müxtəlif mövzular üzrə tədqiqat aparmağı və çıxış etməyi öyrədib. Onlar burada qazandıqları təcrübə və bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına inamını ifadə ediblər.

Yekunda Komitə sədri ali məktəblərə qəbul münasibətiləsəfirləri bir daha ürəkdən təbrik edib,  gələcəkdə də fəal vətəndaş mövqeyi sərgiləməyi və öz potensiallarını daim artırmağı tövsiyə edib. 

Sonda Məclisdə fəaliyyəti başa çatmış səfirlərə təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkilib.

FOTOLAR

Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 1
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 2
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 3
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 4
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 5
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 6
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 7
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 8
Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşdü — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Bütün Xəbərlər