Bahar Muradova: "Azərbaycan ailəsi müasir çağırışlara uyğun yenilənməlidir

Cəmiyyət

04.11.2025 10:18

"Ailə cəmiyyətin əsasıdır".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, komitə Azərbaycanda yeridilən sosial siyasətin ən vacib istiqaməti ilə məşğuldur:

"Son 5 ildə qanunvericilikdə 7 mühüm dəyişikliklər olub. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, ailə münasibətləri getdikcə yalnız hüquqi prizmadan deyil, həm də sosial və ictimai dəyər baxımından qiymətləndirilsin. Bu, hər bir vətəndaşın fəaliyyət istiqamətidir. Bu vaxt ərzində ailə institutunun inkişaf və möhkəmləndirilməsi, uşaq hüquqlarının qorunmasına nəzarətin gücləndirilməsi kimi mühüm işlər görülüb".

Bahar Muradova əlavə edib ki, Azərbaycan ailəsi milli kimliyin dayağı kimi qorunmalı, eyni zamanda müasir çağırışlara uyğun yenilənməlidir.

Türkan İsgəndərli

tag: Bahar Muradova,Tədbir,Çıxış,Komitə,Todaypress.tv,