“Azərişıq” Lerikdəki problemlə bağlı məlumat yaydı
Cəmiyyət
20.01.2026 18:07
Dağlıq rayonlara yağan aramsız qar nəticəsində Lerik rayonunun dağ kəndlərində elektrik enerjisinin verilişində yaranan məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Elektrik enerjisinin verilişində məhdudiyyətlərə səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır. Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq"ın əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq qurumun əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək" deyə məlumatda qeyd olunub.
tag: Qar,Hava,Lerik,İşıq,Todaypress.tv,
