Avtobusların hərəkət istiqaməti dəyişdi

Avtobusların hərəkət istiqaməti dəyişdi
20.01.2026 10:07 Cəmiyyət

10 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir.

TodayPress TV xəbər verir ki, bu barədə AYNA-nın məlumatında qeyd olunub.

Belə ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil edilir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər