“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi
24.06.2025 10:55 Cəmiyyət

21-23 iyun 2025-ci il tarixində  Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının mənzil qərargahında “İdarəetmə innovasiyası: hər kəs üçün çevik, inklüziv və insanyönümlü xidmətlərin təkmilləşdirilməsi” adlı regional forum baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı, eləcə də Afrika İttifaqı və Efiopiya Federativ Respublikası Hökumətinin tərəfdaşlığı ilə reallaşdırılan tədbir 10-cu Afrika Dövlət Xidmətləri Günü münasibətilə keçirilən konfrans çərçivəsində təşkil olunub.

TodayPress TV xəbər verir ki, 2024-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunmuş Forumda 30-dan çox ölkədən və beynəlxalq təşkilatdan 100-ə yaxın aidiyyəti dövlət qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəsmiləri və ekspertlər iştirak ediblər. 

Tədbirin açılışında Dövlət Agentliyinin sədri, BMT-nin İqtisadi və Sosial Məsələlər departamentinin nümayəndəsi, Efiopiyanın Dövlət Xidmətləri Komissiyasının rəhbəri və Afrika İttifaqının İdarəetmə və Münaqişələrin Qarşısının Alınması üzrə direktoru çıxış ediblər. 

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Afrika Dövlət Xidmətləri Günü münasibətilə həmin qitənin ölkələrinin müvafiq sahədə fəaliyyət göstərən nümayəndələrini təbrik edib. Şəffaf, əlçatan, innovativ xidmətlərin təqdim edilməsinin əhəmiyyətinə toxunan Dövlət Agentliyinin sədri bu istiqamətdə qabaqcıl “ASAN xidmət” təcrübəsinin paylaşılmasına ölkəmizin hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dövlət xidmətlərinin transformasiyası və gələcəyi, çoxşaxəli dövlət xidmətlərinin göstərilməsinə keçid mövzuları üzrə dəyirmi masa, ekspert rəyi və müvafiq sahədə müxtəlif ölkələrin uğurlu təcrübəsinin öyrənilməsinə həsr olunan Forumda Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı geniş təqdimat edib. 

Forum çərçivəsində Esvatini, Qana, Qambiya, Maldivin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirilib. Görüşlər zamanı müvafiq ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar ilkin razılığa gəlinib. 

Forumun son günündə iştirakçılar “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidmətləri mərkəzini ziyarət ediblər.

FOTOLAR

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 1
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 2
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 3
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 4
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 5
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 6
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 7
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 8
XƏBƏR LENTİ
01 IYUN 2026
Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rodjers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 Bütün Xəbərlər