Anar Quliyev vətəndaşları qəbul etdi
Cəmiyyət
16.04.2026 13:55
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Biləsuvar şəhərində vətəndaşları qəbul edib.
TodayPress TV Komitəyə istinadən xəbər verir ki, qəbulda Biləsuvar, Şirvan, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala sakinlərinin müraciətlərinə baxılıb, torpaq sahələrinin ayrılması, şəhərsalma və tikinti normalarına uyğun icazə prosedurları ətrafında müzakirələr aparılıb.
Komitə sədri qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Həmçinin şəffaflığın təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə yaradılmış Elektron Tikinti Portalı (e-tikinti.gov.az) barədə də vətəndaşlara məlumat verilib.
tag: Anar Quliyev,Biləsuvar,Vətəndaş,Qəbul,Todaypress.tv,
