"860 Dəstək Xətti"nə müraciətlərin sayı artıb - RƏSMİ

Cəmiyyət

30.05.2025 12:42

Gender əsaslı ayrı-seçkiliyin qarşısının alınması sahəsində ixtisaslaşmış mexanizmlərin işinin yaxşılaşdırılması məqsədilə regionlarda və şəhərlərdə çoxsaylı təlimlər, seminarlar keçirilib, vətəndaş müraciətləri və şikayətləri nəzarətə götürülüb, monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti təhlil edilib.

Bu barədə TodayPress TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən məlumat verilib. 

Bir sıra problemli məsələlərə dair "860 Dəstək Xətti"nə daxil olan müraciətlərdə 9% artım qeydə alınıb. Müraciətlərin sayı müvafiq olaraq 2024-cü ildə 330, 2023-cü ildə isə 302 olub. 

"Qadın Dəstək Xətt Xidməti"nə daxil olan müraciətlərin sayında isə 1,5 dəfə azalma qeydə alınıb. Buna əsasən, 2024-cü ildə 1623, 2023-cü il isə 4079 nəfər xidmətə zəng edib. 

Töhfə Səməd

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,