NGBM-nin 34-cü Ali Səviyyəli Toplantısı öz işinə başlayır

NGBM-nin 34-cü Ali Səviyyəli Toplantısı öz işinə başlayır
23.09.2025 17:07 Xarici siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda 34-cü Ali Səviyyəli Toplantısı keçiriləcək.

TodayPress TV xəbər verir ki, toplantı ABŞ-nin Nyu-York şəhərində 23-26 sentyabr tarixlərində baş tutacaq.

"Multilateralizm Dönüm Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar" mövzusunda keçiriləcək tədbirdə bir çox cari və sabiq dövlət, eləcə də hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə edəcəklər.

Qeyd edək ki, bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük toplantı hesab olunur. Tədbirdə 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki baş nazirin iştirakı nəzərdə tutulub.

Tədbirin proqramında qlobal bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə gedən yol kimi sessiyalar yer alır. Müzakirə olunacaq mövzular arasında həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət mərkəzində olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Bütün Xəbərlər