Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi

Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi
17.05.2026 08:00 Sosial

"Adi əl sıxaraq salamlaşma, əsas gigiyena qaydalarına riayət edilmədikdə, müxtəlif infeksiyaların ötürülmə yollarından birinə çevrilə bilər".

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı həkim-bakterioloq Vera Bondarçuk "İzvestiya" nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, gün ərzində insanın əlləri bakteriya, virus, göbələk və digər patogen mikroorqanizmlərin ola biləcəyi səthlərlə dəfələrlə təmasda olur. Ən geniş yayılmış çirklənmə mənbələri arasında qapı dəstəkləri, nəqliyyatdakı tutacaqlar, lift düymələri, telefonlar, pul və bank terminalları yer alır.

Ekspert izah edib ki, çirklənmiş səthlə təmas özlüyündə hələ yoluxma demək deyil. Əsas risk o zaman yaranır ki, insan əl sıxdıqdan sonra əlləri ilə üzünə, gözlərinə, burnuna, dodaqlarına toxunur və ya yemək yeyir.

V.Bondarçuk ən təhlükəli halın tualetdən istifadə etdikdən sonra əllərin yuyulmaması olduğunu bildirib. Belə olan halda dəridə bağırsaq infeksiyalarının törədiciləri qala bilər ki, bunlar da təmas vasitəsilə asanlıqla başqa şəxsə ötürülür.

"Çirklənmiş əllər vasitəsilə salmonellyoz, şigellyoz, rotavirus və norovirus infeksiyaları yayıla bilər. Bu xəstəliklər xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün daha ağır fəsadlar törədə bilər", - deyə ekspert vurğulayıb.

Həkim həmçinin əlavə edib ki, toxunma vasitəsilə dəri xəstəlikləri və göbələk infeksiyaları da keçə bilər. Lakin hər əl sıxmanı mütləq təhlükə kimi qəbul etmək lazım deyil. Profilaktikanın ən effektiv yolu küçədən, nəqliyyatdan, tualetdən, heyvanlarla təmasdan sonra, həmçinin yemək hazırlamazdan və yeməkdən əvvəl əlləri müntəzəm olaraq sabunla yumaqdır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Все новости