Azərbaycanı dünyada biabır edənlər

Azərbaycanı dünyada biabır edənlər
01.06.2026 16:10 Cəmiyyət

Hacıqabul rayonunda baş verən hadisə bizi dünyaya "yaxşı" tanıdıb. Belə ki, Almaniyadan olan Karl və yaponiyalı sevgilisi Lisa ölkəmizə səyahət edərkən yaşlı bir kişinin qeyri-etik davranışı ilə üzləşiblər.

Turistlərin paylaşdığı videoda görünür ki, 66 yaşlı Hacıqabul sakini avtomobili ilə onları saxlayaraq söhbət etməyə çalışıb. Daha sonra isə qadına yaxınlaşaraq onun şəxsi sərhədlərini pozan hərəkətə yol verib. Baş verən xoşagəlməz hadisə imicimizə kölgə salan məsələlərdən biri kimi gündəmə gəlib. 

Nəzərə alsaq ki, Karl və Lisanın izləyici auditoriyası dünyanın müxtəlif ölkələrindən olan insanlardır, belə görüntülər Azərbaycan haqqında mənfi təsəvvür formalaşdıra bilər. Şübhəsiz ki, bir nəfərin məsuliyyətsiz davranışı bütöv bir xalqı xarakterizə etmir. Lakin qadına qarşı bu cür hörmətsizlik utancvericidir.

Cütlüyün sosial media hesablarına nəzər saldıqda isə tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Onlar bir neçə gün əvvəl müxtəlif azərbaycanlı ailələrin qonağı olduqlarını, insanların qonaqpərvərliyi, mehribanlığı və səmimiyyətindən böyük məmnunluq duyduqlarını bildiriblər. Məhz buna görə də səfərlərinin son günlərində yaşanan bu hadisə onlarda məyusluq yaradıb. Bu fakt bir daha göstərir ki, ayrı-ayrı şəxslərin davranışı ölkə haqqında formalaşan ümumi təəssürata ciddi təsir göstərə bilir.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti baş verənləri “utancverici” adlandıraraq, belə halların Azərbaycanın turizm ölkəsi kimi nüfuzuna zərər vurduğunu qeyd edib. Bəzi şərhlərdə turistlərin də ehtiyatlı davranmalı olduğu vurğulansa da, ümumi fikir qadına qarşı hörmətsizliyin qəbuledilməz olması ətrafında formalaşıb. Xüsusilə qadın istifadəçilər arasında “Bu, təkcə turistlərin qarşılaşdığı problem deyil, gündəlik həyatda da rast gəldiyimiz hallardandır” fikirləri səsləndirilib.

Lisa da yaşadığı xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Azərbaycan səfəri ona çoxlu xoş xatirələr bəxş etsə də, həmin hadisə bu təəssüratlara kölgə salıb. O qeyd edib ki, hadisədən sonra özünü daha narahat hiss etməyə başlayıb.

Turistin sözlərinə görə, artıq tanımadığı insanların onunla şəkil çəkdirmək istəyi, kişilərin əl sıxmaq təşəbbüsü və ya kiminsə həddindən artıq yaxın məsafədə dayanması belə onda narahatlıq yaradır.

Sözsüz ki, ölkədə və ölkə xaricində belə hadisələr həmişə yaşanır. Bu gün azərbaycanlı turistlər, xaricdə təhsil alan tələbələrimiz və ya xaricdə yaşayan həmvətənlərimiz də dünyanın müxtəlif şəhərlərində fərqli dərəcəli qeyri-etik davranışlarla üzləşirlər. İnsan amili olan hər yerdə belə mənfi istisnalar qaçılmazdır.

Xatırladaq ki, 2014-cü ildə Sabirabad şəhərində texnologiya müəllimi işləyən  Əhliman Hüseynov çaya yıxılan 3-cü sinif şagirdi Güldəstə Hüseynovanı xilas etmək üçün tərəddüd etmədən suya atılıb, uşağı sağ-salamat sahilə çıxarıb. Lakin özü boğularaq həyatını itirib. Bu nümunə Azərbaycanda olsa da, dünyada da canlarını heçə sayan nümayəndələrimiz var.

Ancaq biz ölkəmizdə belə hallara yol verməməli, pisləməliyik. Xoşdur ki, elə belə də oldu. Karl və Lisanın başına gələnlərdə Azərbaycan cəmiyyəti bu davranışı ört-basdır etmədi, əksinə, kəskin şəkildə pisləyərək turistlərin tərəfində durdu.

Qeyd edək ki, hadisədən dərhal sonra Karl və Lisa hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis əməkdaşları mayın 27-də hadisə yerində araşdırma aparıb və təqsirli bilinən şəxs barəsində inzibati protokol tərtib olunub.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Все новости