İspan məşqçilərinin uğur sirri açıqlandı!
Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ölkəsinin məşqçilik məktəbi haqqında yüksək fikirlər səsləndirib.
TodayPress TV xəbər verir ki, təcrübəli mütəxəssis ispan məşqçilərinin uzun illərdir dünya futbolunda ön sıralarda yer aldığını bildirib:
“Tarix boyu ispan məşqçilər dünyanın ən yaxşıları sırasında olublar. Ölkəmizdə möhtəşəm məşqçilik məktəbi formalaşıb. Burada fərqli konsepsiyalar və yüksək səviyyəli metodlar mövcuddur. İndi bunun nəticələrini görürük. İspan məşqçilər həm ölkə daxilində, həm də xaricdə titullar qazanırlar. Deməli, onlar nəyisə düzgün edirlər”.
Qeyd edək ki, İspaniya yığma komandası DÇ-2026- nın qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay millisi ilə qarşılaşacaq.
Namiq HUN