“Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu!
“Neftçi” klubu iki təcrübəli futbolçusu ilə yeni müqavilə bağlamaq üzrə danışıqları uğurla yekunlaşdırıb.
TodayPress TV-nin “Azərtac”a istinadən verdiyi məlumata görə, “ağ-qaralar” kapitan Emin Mahmudov və qapıçı Emil Balayev ilə yeni müqavilə barədə razılıq əldə edib.
Tərəflər arasında əldə olunan anlaşmaya əsasən, hər iki futbolçunun klubla müqavilə müddəti uzadılacaq.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir və komandanın kapitanıdır.
Emil Balayev isə 2023-cü ilin yayında Bakı təmsilçisinə qayıdıb. Təcrübəli qolkiper daha əvvəl 2011-2014-cü illərdə də “Neftçi”nin şərəfini qoruyub.
Xatırladaq ki, “Neftçi” yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Namiq HUN