Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi

Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi
17.05.2026 08:00 Sosial

"Adi əl sıxaraq salamlaşma, əsas gigiyena qaydalarına riayət edilmədikdə, müxtəlif infeksiyaların ötürülmə yollarından birinə çevrilə bilər".

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı həkim-bakterioloq Vera Bondarçuk "İzvestiya" nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, gün ərzində insanın əlləri bakteriya, virus, göbələk və digər patogen mikroorqanizmlərin ola biləcəyi səthlərlə dəfələrlə təmasda olur. Ən geniş yayılmış çirklənmə mənbələri arasında qapı dəstəkləri, nəqliyyatdakı tutacaqlar, lift düymələri, telefonlar, pul və bank terminalları yer alır.

Ekspert izah edib ki, çirklənmiş səthlə təmas özlüyündə hələ yoluxma demək deyil. Əsas risk o zaman yaranır ki, insan əl sıxdıqdan sonra əlləri ilə üzünə, gözlərinə, burnuna, dodaqlarına toxunur və ya yemək yeyir.

V.Bondarçuk ən təhlükəli halın tualetdən istifadə etdikdən sonra əllərin yuyulmaması olduğunu bildirib. Belə olan halda dəridə bağırsaq infeksiyalarının törədiciləri qala bilər ki, bunlar da təmas vasitəsilə asanlıqla başqa şəxsə ötürülür.

"Çirklənmiş əllər vasitəsilə salmonellyoz, şigellyoz, rotavirus və norovirus infeksiyaları yayıla bilər. Bu xəstəliklər xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün daha ağır fəsadlar törədə bilər", - deyə ekspert vurğulayıb.

Həkim həmçinin əlavə edib ki, toxunma vasitəsilə dəri xəstəlikləri və göbələk infeksiyaları da keçə bilər. Lakin hər əl sıxmanı mütləq təhlükə kimi qəbul etmək lazım deyil. Profilaktikanın ən effektiv yolu küçədən, nəqliyyatdan, tualetdən, heyvanlarla təmasdan sonra, həmçinin yemək hazırlamazdan və yeməkdən əvvəl əlləri müntəzəm olaraq sabunla yumaqdır.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - Qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 All News