Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi!
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri onunla maraqlandığı deyilən “Real Madrid” barədə yayılan xəbərlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, ispaniyalı futbolçu bu cür söz-söhbətlərin futbol dünyasında adi hal olduğunu vurğulayıb.
Rodri hazırda bütün diqqətini dünya çempionatına yönəltdiyini deyib:
“Real Madrid”in mənə maraq göstərməsi? Belə şayiələrin olması normaldır. Hazırda dünya çempionatına köklənmişəm. Sonra nə olacağını görəcəyik”.
Qeyd edək ki, Rodri başa çatan mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 33 oyuna çıxıb və 2 qol vurub.
Transfermarkt portalında futbolçunun bazar dəyəri 65 milyon avro qiymətləndirilir.
Namiq HUN