Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT!

Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT!
04.11.2025 15:50 Hərbi

Hərbi xidməti başa vuran və ehtiyatda olan şəxslər zərurət yarandıqda hərbi təlimlərə, yoxlamalara və ya xüsusi toplanışlara çağırıla bilirlər.

Bəs təlimlərdə iştirakdan imtina edən şəxsi hansı məsuliyyət gözləyir?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında bildirib ki, çağırışçılar və hərbi vəzifəlilər üzrlü səbəb olmadan hərbi komissarlığın çağırışına gəlmədikdə inzibati qaydada cəzalandırılırlar. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, bu qaydanı pozan şəxslər 300 manatdan 500 manatadək cərimə edilir və ya 160-240 saat ictimai işlərlə cəzalandırıla bilərlər.

Əgər bu tədbirlər nəticə verməzsə və şəxs çağırışdan bilərəkdən və davamlı şəkildə yayınarsa, məsələ artıq cinayət xarakteri alır:

"Bu halda həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunurlar. Bu maddəyə əsasən, hərbi toplanışlardan qəsdən yayınan şəxslər cərimə, islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

Ekspert həmçinin vurğulayıb ki, çağırışdan yayınma təkcə qanun pozuntusu deyil, həm də dövlətin müdafiə sisteminə qarşı hörmətsizlik kimi qiymətləndirilir:

"Ehtiyatda olan hər bir vətəndaş başa düşməlidir ki, hərbi təlimlər yalnız fərdi məsuliyyət deyil, ümumi təhlükəsizlik məsələsidir. Bu, ölkənin müdafiə potensialını qorumaq və fövqəladə hallara hazır olmaq üçün vacibdir".

Ədalət Verdiyev sonda qeyd edib ki, əgər çağırışa gəlməmək üçün üzrlü səbəb varsa, (səhhət, ailə vəziyyəti və ya digər rəsmi əsaslar) bu barədə əvvəlcədən hərbi komissarlığa məlumat verilməlidir. Əks halda, qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət cəzaları istisna olunmur.

Türkan İsgəndərli

ФОТО

Hərbi təlimlərə getməyənləri cəza gözləyir - DİQQƏT! — 1
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Все новости