"Starlink" daha bir ölkədə işə düşdü
"SpaceX"in peyk internet xidməti "Starlink" rəsmi olaraq Qırğızıstanda istifadəyə verilib.
TodayPress TV xəbər verir ki, məlumatı "VC" yayıb.
Xidmət 25 may 2026-cı ildə aktivləşdirilib. Layihənin ölkədəki tərəfdaşı yerli internet provayderi "Elkat" şirkətidir. Şirkət artıq xidmətin aktiv mərhələyə keçdiyini, istifadəçilərin qoşulmasının başladığını və infrastrukturun genişləndirildiyini açıqlayıb.
Məlumata görə, fərdi istifadə üçün abunə haqqı aylıq təxminən 10.000 somdan (təxmini 195 manat) başlayır, "Starlink Mini" avadanlığının qiyməti isə 36.000 som (təxmini 700 manat) səviyyəsindədir.
Qırğızıstanla birlikdə "Starlink"in Mərkəzi Asiyada əhatə dairəsi genişlənir. Daha əvvəl xidmətin Qazaxıstan, Tacikistan və Azərbaycanda da mərhələli şəkildə əlçatan olduğu bildirilib.
Ölkəmizdə internet üçün standart “Starlink” modemi 670 AZN, qurğunun çatdırılması isə 50 AZN-dir.
Türkan İsgəndərli