Kim Çen In qəzada məsuliyyət daşıyanları cəzalandıracaq

Kim Çen In qəzada məsuliyyət daşıyanları cəzalandıracaq
22.05.2025 10:36 Dünya

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yeni esminesin suya buraxılması mərasimində baş verən texniki nasazlığa sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, bu barədə “BBC” Şimali Koreyanın rəsmi agentliyi “CTAK”a istinadla məlumat yayıb.

Gəminin düzgün şəkildə suya buraxılmaması nəticəsində zədələnməsi KXDR rəhbəri tərəfindən “xalqın qüruruna bir an içində vurulan ağır zərbə” kimi qiymətləndirilib.

Kim Çen In hadisənin baş verdiyi gəmiqayırma zavodunda şəxsən iştirak edib və gəminin iyunda keçiriləcək partiya plenumuna qədər təmir olunmasını əmr edib. O, layihənin hazırlanmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.

Şimali Koreya lideri qəzanın səbəbini tam məsuliyyətsizlik, səhlənkarlıq və qeyri-elmi yanaşma ilə izah edib. O vurğulayıb ki, bu cür məsuliyyətsiz səhvlər iyun ayında keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq. Ancaq hansı cəzaların tətbiq olunacağı barədə məlumat verilməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
04 IYUN 2026
Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Bütün Xəbərlər