İlon Mask ABŞ hökumətindən ayrılır: “Kölgə vitse-prezident”in missiyası başa çatır

İlon Mask ABŞ hökumətindən ayrılır: “Kölgə vitse-prezident”in missiyası başa çatır
30.05.2025 11:23 Dünya

ABŞ prezidenti Donald Trampın “sağ əli” və indiki administrasiyanın qeyri-rəsmi “kölgə vitse-prezidenti” kimi tanınan İlon Mask dövlət qulluğundakı fəaliyyətinə son qoyur.

TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkəsi "X" vasitəsilə məlumat verib.

Mask qeyd edib ki, “ona ayrılan xüsusi dövlət qulluqçusu vəzifəsindəki vaxt sona çatır” və göstərilən etimada görə təşəkkürünü bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi DOGE departamentinin missiyası gələcəkdə daha da möhkəmlənəcək və bütün dövlət aparatının həyat tərzinə çevriləcək.

Bürokratiyanı “təmizləmək” üçün yaradılan qurum

Dövlət Effektivliyi Departamenti (DOGE) – Tramp administrasiyası tərəfindən federal hökumətin xərclərini azaltmaq və Vaşinqtondakı bürokratiyanı aradan qaldırmaq məqsədilə yaradılmış xüsusi qurumdur. Bu struktur rəsmi federal orqan olmasa da, fövqəladə komissiya funksiyası daşıyırdı və əsasən Trampın idarəetmədə apardığı “yenidənqurma” siyasətinə xidmət edirdi. Departamentin yaradılması və rəhbərliyi şəxsən Maskın üzərinə düşmüşdü.

Yaxınlıq kömək etmədi

Mask prezidentlə şəxsi yaxınlığı ilə fəxr edirdi. O, Trampın Floridadakı iqamətgahı Mar-a-Laqoda tez-tez qalır, əsas danışıqlarda iştirak edir, ailə fotolarında da yer alırdı. Lakin mediaya sızan məlumatlara görə, administrasiya daxilində onun bu qədər diqqət çəkməsi narazılıqla qarşılanırdı.

Büdcə hədəfləri dəyişdi

DOGE qurumu dövlət sifarişi qazanmaqda çətinlik çəkdi. "Associated Press"in məlumatına görə, Mask əvvəlcə büdcə xərclərinin 2 trilyon dollar azaldılmasını hədəfləyirdisə, sonradan bu rəqəmi 1 trilyona, sonra isə cəmi 150 milyard dollara endirib. O, tez-tez qoyulan hədəflərə qarşı dövlət müqavimətindən narazılığını bildirirdi.

Böyük biznes və böhranlar

Mask dünyanın ən varlı insanlarından biri hesab olunur və onun imperiyası "Tesla", "SpaceX", "X", "OpenAI" kimi nəhəngləri əhatə edir. Lakin biznes sahəsində də çətinliklər artır. "Tesla"nın satışları və səhm qiymətləri aşağı düşüb. "SpaceX"in Marsa uçuş məqsədilə hazırladığı "Starship" gəmisi artıq üçüncü dəfə ardıcıl uğursuzluğa düçar olub. Britaniyanın Trampa qarşı mövqeyi ilə tanınan "The Economist" bu barədə sarkazmlı başlıqla yazıb: “İlon Maskın Mars planları suya düşdü”.

Komandada parçalanma başlayır?

Maskın gedişi Tramp komandasının gələcəyi ilə bağlı suallar doğurur. Trampın öz obrazına uyğun olaraq yığdığı bu komanda əvvəldən qeyri-homogen sayılırdı və bir çox ekspert onun tezliklə dağılacağını proqnozlaşdırırdı. Maskdan əvvəl Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Uolts da administrasiyanı tərk etmişdi.

Məsləhətçi kimi qalacaq

"Axios" portalının məlumatına görə, Mask Trampın “ən nüfuzlu qeyri-rəsmi məsləhətçilərindən biri” olaraq qalacaq. Lakin onun rəsmi çevrədən uzaqlaşmasının Ağ Evin böyük texnoloji bizneslə, xüsusilə Silikon Vadisi ilə münasibətlərinə necə təsir edəcəyi hələ məlum deyil.

Xatırladaq ki, Cənubi Afrika Respublikasında doğulan və sonradan ABŞ vətəndaşlığı almış Mask Konstitusiyaya görə, prezidentliyə namizəd ola bilməz.

Hüquqi məqamlar

"Politico" nəşri yazır ki, Maskın “xüsusi dövlət qulluqçusu” statusu ABŞ qanunvericiliyinə əsasən, maksimum 130 gün davam edə bilər. Trampın inauqurasiyasından bəri Mask hər gün bu statusda çalışdığı təqdirdə, 30 may tarixində bu limitə çatacaq. Nəşrin DOGE-yə müraciətinə isə cavab verilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
04 IYUN 2026
Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 Bütün Xəbərlər