Putin Naxçıvana edilən dron hücumundan niyə danışmadı? – RƏY

Putin Naxçıvana edilən dron hücumundan niyə danışmadı? – RƏY
12.03.2026 15:40 Təhlil

Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.


O, Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.      

Lakin Putin telefon danışığı zamanı İran tərəfindən Naxçıvana edilən dron hücumu haqqında danışmayıb. 

Maraqlıdır, Putinin bu mövzuda susmasının səbəbi nədir? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib k, bunun əsas səbəbi Rusiyanın İranı dəstəkləməsidir:   


“Rusiya ABŞ-İsrail hərbi müdaxiləsi kontekstində İranı müdafiə edir və hesab edir ki, ABŞ ilə İsrailin İrana hərbi hücumu beynəlxalq hüquqa ziddir. Bununla da Rusiya dolayısı ilə özü-özünü təkzib etmiş olur. Belə ki, əgər ABŞ və İsrailin hərbi müdaxiləsi beynəlxalq hüquqa ziddirsə, Rusiya eyni addımı 24 fevral 2022-ci ildə Ukraynaya qarşı niyə atmışdı? Rusiya bunu müxtəlif təhlükəsizlik və geosiyasi bəhanələrlə izah etməyə çalışsa da, bu, beynəlxalq hüquqla daban-dabana zidd idi, lakin o, bu gün də özünü haqlı saymaqda davam edir”.

Analitik Rusiyanın Azərbaycana qarşı mövqeyinin ədalətli olmadığını ifadə edib:

“Rusiya İranla strateji tərəfdaşlıq sənədi imzalamış olsa da, ondan üç il əvvəl — 2022-ci ilin fevralında Azərbaycanla da müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayıb. Azərbaycanın bu münaqişədə tərəf olmadığı və ölkə ərazisində heç bir xarici hərbi bazanın yerləşmədiyi bir şəraitdə İrandan Naxçıvana dronların atılması Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına təcavüz kimi qiymətləndirilməlidir. Ona görə də Rusiya, kiminlə müttəfiq olmasından asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məsələyə beynəlxalq hüquq prizmasından yanaşmalı idi. Lakin Rusiya hüququ deyil, öz xislətinə uyğun olanı seçdi. Çünki Rusiya hər zaman təcavüzkar bir dövlət olub və başqalarına qarşı güc amilindən istifadə etmək siyasətini bu gün də davam etdirir. Rusiyanın həm dünya, həm də öz xalqı üçün bəla olan İran rejimini müdafiə etməsinin heç bir məntiqi izahı yoxdur”.

N.Miri Azərbaycana məxsus təyyarənin Rusiya tərəfindən vurulmasını da xatırladıb:


“Rusiyanın Azərbaycanın mülki təyyarəsini vurması hadisəsi hələ də açıq qalır ki, bu da Rusiyanın əsl simasını ortaya qoyur. Bu səbəbdən Rusiyadan fərqli davranış gözləmək əbəsdir. Rusiyaya qarşı məhz onun tətbiq etdiyi metodlarla adekvat cavab verilməlidir. Əks təqdirdə, Rusiya özünü hər kəsdən üstün görərək əsassız iddialarını davam etdirəcək”, - deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, martın 5-də İran ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alması beynəlxalq səviyyədə ciddi reaksiyalara səbəb olub.

Belə ki, İran ərazisindən uçduğu bildirilən dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının binasına zərər vurub, digəri isə Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.

Hadisədən sonra bir sıra ölkələr və beynəlxalq aktorlar hücumu pisləyərək Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklərini ifadə ediblər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
"O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 Bütün Xəbərlər