Azərbaycan Almaniya bazarına daxil oldu - tarixi ilk yaşanır

Azərbaycan Almaniya bazarına daxil oldu - tarixi ilk yaşanır
06.05.2026 15:32 Təhlil

2026-cı ilin yanvar ayından etibarən Azərbaycan təbii qazı Trans-Adriatic Pipeline vasitəsilə Almaniya və Avstriya bazarlarına daxil olub. Bununla da Azərbaycan qazının ixrac coğrafiyası 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qədər genişlənib.

Bu hadisə sadəcə növbəti kommersiya razılaşması yox, həm də Azərbaycanın enerji siyasətində mühüm strateji addımdır.

Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı enerji mənbələrinin diversifikasiyasını sürətləndirmək məcburiyyətində qalıb. Almaniya və Avstriya kimi Avropanın aparıcı ölkələrinin Azərbaycan qazına çıxış əldə etməsi Cənub Qaz Dəhlizinin Avropada etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirir.

Bu, Azərbaycanın Avropa enerji bazarında strateji əhəmiyyətini artırır və onu əsas qaz təchizatçılarından birinə çevirir.

Əvvəllər əsasən İtaliya, Yunanıstan, Bolqarıstan və Türkiyə bazarlarına yönələn Azərbaycan qazı artıq daha geniş Avropa bazarına çıxış əldə edir. Bu, ixrac risklərinin azalmasına, gəlir mənbələrinin daha sabit formalaşmasına və ölkənin valyuta daxilolmalarının artmasına imkan yaradır.

Uzunmüddətli müqavilələr perspektivində bu tədarüklər dövlət büdcəsinin gəlirlərinin artmasına və qaz gəlirlərinin daha səmərəli şaxələndirilməsinə mühüm töhfə verə bilər.

Cənub Qaz Dəhlizi  çərçivəsində həyata keçirilən bu ixrac marşrutu layihənin tam potensialını ortaya qoyur. Artıq bu təşəbbüs regional enerji layihəsindən çıxaraq Avropa miqyasında strateji enerji infrastrukturu statusu qazanıb. Gələcəkdə TAP-ın ötürücülük gücünün artırılması da yeni iqtisadi və geosiyasi imkanlar yarada bilər.

Bu addımla Azərbaycan həm Qərb ölkələri ilə enerji əməkdaşlığını dərinləşdirir, həm də enerji siyasətində müstəqil və çoxvektorlu kursunu davam etdirir. Ölkə eyni zamanda həm Avropa, həm də regional bazarlar üçün etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.

Bəs  gözlənilən təsirlər nələrdir? 

İqtisadi gözləntilər: əlavə valyuta daxilolmaları, SOCAR-ın beynəlxalq bazarlardakı gəlirlərinin artması.

Siyasi gözləntilər: Azərbaycanın Avropa İttifaqı ilə enerji dialoqunda mövqeyinin güclənməsi.

Enerji təhlükəsizliyi gözləntilər: Avropanın ənənəvi enerji mənbələrindən asılılığının azalmasına real töhfə.

Almaniya və Avstriyaya qaz tədarükünün başlaması Azərbaycanın enerji diplomatiyasının növbəti mühüm uğurudur.

Bu addım ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenada etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir.

Jalə Rövşən

NEWS FEED
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 All News