AÇG-ə il ərzində xərclənən vəsait açıqlandı

AÇG-ə il ərzində xərclənən vəsait açıqlandı
07.08.2025 13:56 Sənaye və energetika

Bu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 817 mln. ABŞ dolları xərclənilib.

TodayPress TV bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təqribən 259 mln. dollar əməliyyat məsrəfləri və 558 mln. dollar əsaslı məsrəflər xərclənilib.

“AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı bu ilin birinci yarısında tamamlanmış və ikinci il üçün məlumat toplanması işləri iyun ayında başlanılıb”, - hesabatda qeyd olunur.

Bildirilir ki, 2025-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 mln. barel, yəni 8mln. ton olub.

Qeyd olunur ki, ikinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra “Çıraq” platformasından laylara su vurulması prosesini uğurla bərpa edilib. Bunun üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilib: suvurma nasosları yenidən layihələndirilmiş və modifikasiya olunub, idarəetmə sistemi yenidən qurulub, həmçinin yeni bir su injektor quyusu qazılıb. Bu quyu “Çıraq” platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan, mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə qazılıb.

“Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınıb”, - hesabatda vurğulanır.

İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub. İlin birinci yarısında AÇG-də 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.

XƏBƏR LENTİ
04 IYUN 2026
Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Bütün Xəbərlər