Büdcənin sərbəst qalığı depozit kimi banklara yerləşdirilib

Büdcənin sərbəst qalığı depozit kimi banklara yerləşdirilib
08.09.2025 16:50 Maliyyə

Bu ilin iyulun 1-nə yerli banklarda vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığı hesabına yerləşdirilən depozitlərin həcmi 2,5 milyard manat olub.

TodayPress TV xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də bildirilib.

"Hesabat dövründə ilk dəfə olaraq dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə aprel ayından başlayaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracları təşkil edilib. Bu əməliyyatlar bankların likvidliyinə artırıcı təsir göstərib, izafi likvidliyin aradan qaldırılması məqsədilə Mərkəzi Bank hesabat dövründə sterilizasiya əməliyyatlarını (repo və depozit hərracı) diqqətdə saxlayıb", - xülasədə qeyd olunub.

Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar hesabat dövründə 1,4 milyon manat proqnoza qarşı 23,4 milyon manat (16,7 dəfə çox)  icra edilib ki, bunun da 14,6 milyon manatı əvvəlki ildə Azərbaycan Dövlət Neft Fonduna idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmış gəlirlərdir (ARDNF-in məlumatlarına əsasən).

Qeyd edək ki, bu mənbə üzrə illik proqnoz 10 milyon manat təsdiq edilib. Aparılan təhlillər müvafiq əməliyyatlar üçün sərbəst qalıq vəsaitləri ilə yanaşı, müstəqil kredit sərəncamçılarının da vəsaitlərindən istifadə edildiyini deməyə əsas verir. Hesabat dövründə bu prosesin hüquqi tənzimləməsi mövcud olmasa da, "Büdcə sistemi haqqında" Qanuna 2025-ci il 14 iyul tarixli dəyişikliklərlə büdcə ili ərzində vahid xəzinə hesabının qalığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən idarə olunması və idarəetməyə verilməsi barədə maddə əlavə edilib. Bu dəyişikliklər "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nda, eləcə də vahid büdcə təsnifatında büdcə gəlirlərinin təsnifatında "Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar" paraqrafında uyğunlaşmaları zəruri edir.

Aparılmış təhlil hesabat dövrünün ayları üzrə dövlət büdcəsinin icrası ilə bağlı ayın sonuna qalığın məbləğinin ayın əvvəlinə olan qalıq göstərici + profisit (kəsir) + kəsirin maliyyələşdirilməsi məbləğinə bərabər olmadığını göstərir. Ümumilikdə hesabat dövrü üzrə fərq məbləği cəmi 198,9 milyon manat təşkil edib.

Təhlilər göstərir ki, daxili dövlət borcunun istiqraz portfelində qısa və ortamüddətli istiqrazların payı əvvəlki dövrə nisbətən əhəmiyyətli dərəcədə azalıb ki, bu da dövlətin borc portfelini uzunmüddətli istiqamətə yönəltmək strategiyasının nəticəsi kimi qiymətləndirilə bilər. 2-3 illik istiqrazların həcmi əvvəlki dövrə nisbətən kəskin azalıb, lakin portfeldə hələ də əsas paya malikdir, bu da dövlət borcunun ortamüddətli ödəniş strukturunu formalaşdırır. Əhəmiyyətli artım isə 5 illik və daha uzun müddətli istiqrazlarda müşahidə olunur ki, onların payı həm dövlət qiymətli kağızları, həm də daxili dövlət borcu üzrə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu tendensiya dövlət istiqrazlarının orta ödəniş müddətini əhəmiyyətli dərəcədə artıraraq 1,47 ildən 2,93 ilə çatmasını şərtləndirib.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Bütün Xəbərlər