Reklamla bağlı yenilik influenserlərə nə vəd edir? – AÇIQLAMA

Reklamla bağlı yenilik influenserlərə nə vəd edir? – AÇIQLAMA
23.05.2025 17:15 İKT

Artıq sosial mediada reklamla məşğul olan influenserlər və bloqerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib. 

TodayPress TV xəbər verir ki, rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bu barədə öz “Facebook” hesabında yazıb.

O, reklam haqqında qanuna edilən dəyişikliklərin təsdiqlənməsi haqqında fikir yürüdüb. Ekspertlər diqqətə çatdırıb ki, Azərbaycanda əsasən "Meta" ("Instagram, "Facebook" və s.) və "Google" ("Youtube" və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə "TikTok"da bu bazardan xeyli pay qopardır. Azərbaycanda bu sektorda, məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır:

“Sosialda az sayda bloqer var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər. Ümumiyyətlə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlamaqla, bir kompaniya üçün ortalama 500-1500 manat nəzərdə tutulur. Hətta 10-15 min manat alan blogerlər də var. Əksəriyyət isə elə də böyük pullar qazanmırlar. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm isə getdikcə artacaq".

Ekspert bu dəyişikliklərin reklam bazarına və sosial medianın inkişafına necə təsir edəcəyindən söz açıb: 

"Ümumiyyətlə bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli bloqerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı. Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq və sosial mediada izləyici etimadı güclənəcək. Amma burada bəzi risklər də var. Belə ki, qanunun tətbiqində yol verilən ciddi addımlar bu kiçik biznes üçün, yeni bloqer və influenserlər üçün çətinlik yarada, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə bilər. Həmçinin, sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni, sosial media məhz müxtəlif fikirliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır. Əgər yalnız yeknəsəng, kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə, bu, sektorun inkişafına da mənfi təsir göstərəcək".

Osman Gündüz bildirib ki, bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə, iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.

Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev “Reklam haqqında” Qanuna dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, bloqer mütləq reklam paylaşımında açıq şəkildə "reklam" və ya "sponsorluq" sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır. 

Töhfə Səməd

FOTOLAR

Reklamla bağlı yenilik influenserlərə nə vəd edir? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Bütün Xəbərlər