Tramp jurnalistlərə yeni məhdudiyyətlər tətbiq etdi

Tramp jurnalistlərə yeni məhdudiyyətlər tətbiq etdi
22.09.2025 11:21 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqon və ordu ilə bağlı xəbərlərin yayımlanmasına yeni məhdudiyyətlər tətbiq edib. 

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara görə, jurnalistlər yalnız hökumət tərəfindən təsdiqlənmiş məlumatları yayımlaya bilərlər.

Əks halda onlar Pentaqon etimadnamələrini itirə bilərlər. 

Qaydalara əsasən, Pentaqon binasında jurnalistlərin hərəkəti məhdudlaşdırılır, binaların çox hissəsinə müşayiətsiz giriş qadağandır. 

"The New York Times", "The Washington Post", "The Wall Street Journal" və "Reuters" kimi media orqanları məhdudiyyətləri tənqid ediblər. Hüquqşünaslar da bu qaydaların Birinci Düzəliş və mətbuat azadlığı prinsiplərinə zidd olduğunu vurğulayıblar.

Qaydalara əlavə olaraq, Tramp administrasiyası digər media təşkilatlarına qarşı böhtan iddiaları qaldırıb və bəzi tok-şouları dayandırıb. Florida ştatında isə hakim "The New York Times"a qarşı iddianı rədd edib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
“Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Bütün Xəbərlər