Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR

Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR
04.06.2026 15:17 Gündəm

Naxçıvanda 30 illik axtarışdan sonra tapılan İlandağ yazısı Ermənistanda müzakirələrə səbəb olub. Tarix boyu Azərbaycana aid mənəvi dəyərləri mənimsəməyə çalışan ermənilər bu dəfə də yazıların öz tarixlərinə aid olduğunu iddia ediblər.

TodayPress TV xəbər verir ki, qədim yazı ilə bağlı məşhur səhifə "Live Qurious" paylaşım edib.

Şərhlərdə Naxçıvanın tarixi mənsubiyyəti, Urartu dövlətinin irsi və yazının mənşəyi ilə bağlı fərqli fikirlər səsləndirilib, digərləri isə bu yanaşma ilə razılaşmayıb. 

Paylaşımın rəylər bölməsində erməni istifadəçilər həmin yazıların öz tarixlərinə məxsus olduğunu bildiriblər.

"Naxçıvan Ermənistan ərazisidir. Urartu Ermənistandır;  

Bu kəşf Ermənistanda olub və ermənilərlə bağlıdır;

Bu, erməni irsidir! Onun əsl adı Odzasardır;

Bu, tarixi erməni torpaqlarıdır. Urartulular ermənilərin əcdadlarıdır", - deyə rəylərdə yazılıb.

Qeyd edək ki, tapılan yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Araşdırmada urartuluların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə qurban kəsilməsi yer alır. 

Türkan İsgəndərli

TodayPress TV 

FOTOLAR

Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR — 1
Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR — 2
Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər