Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi

Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi
01.06.2026 14:05 Xarici siyasət

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ Prezidenti Donald Trampa təşəkkür edilib.

TodayPress TV xəbər verir ki, paylaşımda bildirilir:

“Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.

Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər