June Soomer: “Dünya maliyyə sistemləri bizi hələ də sıxışdırır”
Xarici siyasət
03.06.2025 10:12
“Tarixi kontekstdə baş verənləri və onların bu günümüzə necə sirayət etdiyini analiz edərkən, müstəmləkəçilik məsələsinə diqqətlə baxmalıyıq”.
TodayPress TV xəbər verir ki, bunu BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü June Soomer Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O, maliyyə sistemlərinin bu xalqları hələ də sıxışdırdığını qeyd edib:
“Bu bizə yoxsulluq, texnologiyaya çıxışın olmaması və borc qoyub. Çünki inkişaf etmək üçün borc pul almağa məcbur olmuşuq. Azadlıqdan sonrakı dövrdə ölkələrimizi qurmaq üçün bizim zəhmətkeş xalqlarımız borca girməli olublar. Bu isə bizə xatırladır ki, iqtisadiyyatla bağlı atmalı olduğumuz əsas addımlardan biri dünya maliyyə sistemlərinə yenidən baxmaqdır. Çünki bu sistemlər hələ də bizi sıxışdırır, əzməyə davam edir”.
Qiymət Mahir
tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,