ÇL: “Qarabağ” Liqa mərhələsinin bir addımlığında
UEFA
27.08.2025 10:17
“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, Azərbaycan çempionunu ÇL-in Liqa mərhələsindən saatlar ayırır.
“Qarabağ” Macarıstanda 3:1 hesabı ilə məğlub etdiyi “Ferentsvaroş”u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Fransalı referi Kleman Tyurpenin fit sahibi olacaq matç saat 20:45-də start götürəcək.
“Köhlən atlılar” “Ferentsvaroş”u iki oyunun cəmində məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Bakı qarşılaşmasında “Qarabağ”ı minimal hesablı məğlubiyyət və ya heç-heçə qane edir.
Xatırladaq ki, Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində mübarizə aparıb.
Namiq HUN
tag: Qarabağ,UEFA,Liqa,Mərhələ,Todaypress.tv,