CAS UEFA-nın qərarını qüvvədə saxladı

CAS UEFA-nın qərarını qüvvədə saxladı
11.08.2025 16:05 UEFA

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İngiltərənin “Kristal Pelas” klubunu Avropa Liqasından diskvalifikasiya etmək barədə qərarını qüvvədə saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

“Kristal Pelas” 2024/2025-ci illər mövsümündə İngiltərə Kubokunun qalibi olub və Avropa Liqasına vəsiqə əldə edib.

İyul ayında UEFA komandanı “Lion” klubu ilə sahibi eyni olduğundan Konfrans Liqasına göndərib. 

Qeyd edək ki, “Kristal Pelas” ötən gün “Liverpul”u (3:2) məğlub edərək İngiltərə Superkubokuna sahib çıxıb.

Namiq HUN

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər