Zəngəzur dəhlizindən daha bir siqnal: Hansı işlər görülməlidir?
Təhlil
23.10.2025 17:39
Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfəri zamanı bildirib ki, Zəngəzur dəhlizi 2028-ci ildə açıla bilər.
Bəs layihənin həyata keçməsinə qədər hansı işlərin görülməsi vacibdir?
Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, prezidentin bu bəyanatı layihənin müsbət nəticələrə doğru getdiyini göstərir:
“Məlumdur ki, biz buna “Zəngəzur dəhlizi” deyirik, amma Ermənistanın Baş naziri Nikol Paşinyan buna “Tramp yolu” və ya “Sülh yolu” adını verir. Fərqli baxışlar olsa da, Azərbaycanın bu kommunikasiyanı Zəngəzur dəhliz adlandırması və prezidentin birinci şəxs kimi bunu deməsi müsbət haldır. Bu isə o deməkdir ki, Azərbaycan Zəngəzur dəhlizi layihəsindən əl çəkməyib və layihə davam edir".
Ekspert Ermənistanın konstitusiya dəyişikliyi məsələsinə diqqət çəkib:
"Dövlət başçısı bu açıqlama ilə Ermənistanın konstitusiyanı dəyişməsini gözlədiyini eyhamla vurğulayır. Lakin Ermənistan yaxın vaxtlarda bunun mümkün olmadığını bəyan edib. Burda biz yenə də görürük ki, ermənilər açıqlamalarından geri çəkilir. Prezident vurğulamaq istəyir ki, Azərbaycanın mövqeyi bəllidir”.
Politoloq hesab edir ki, nəzərdə tutulan vaxt çərçivəsində proseslərin axarı müxtəlif istiqamətlərdə dəyişə bilər.
Jalə Rövşən
tag: Əhəd Məmmədli,Politoloq,Zəngəzur,Dəhliz,Todaypress.tv,
