“Türkiyə İran-İsrail münaqişəsində addım atmağa məcburdur” – RƏY

Təhlil

17.06.2025 13:56

"İranın sıradan çıxması Türkiyəni də təhdid edən qayğılar yaradır". 

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

O hesab edir ki, Türkiyə İran-İsrail münaqişəsinin həllində addım atmağa məcburdur:

"İrandan başlayan güclü qaçqın axını, ordan Türkiyəyə gətirilə biləcək canlı bombalar Türkiyə üçün qorxunc nəticələr vəd edir. Bu səbəblərdən Türkiyə həm də preventiv olaraq davranmalıdır ki, bu prosesi sürətli həll edə bilsin".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında artan hərbi gərginliyi azaltmaq məqsədilə dünya liderləri ilə aktiv telefon danışıqları aparır.

Qiymət Mahir

tag: Əziz Əlibəyli,Ekspert,Türkiyə,İsrail,İran,Todaypress.tv,

photo