Trampın yeni yardımı Ukraynanın taleyini necə dəyişəcək? – RƏY

Təhlil

11.07.2025 15:41

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqların asan olmayacağını anlayan ABŞ Prezidenti Donald Tramp, Ukraynaya maliyyə yardımı göstərərək Kremlə mesaj göndərir”.

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

Eskpertin fikrincə, Tramp Putinlə anlaşacağına əvvəlcədən əmin olub. Bu səbəbdən Ukrayna Prezidenti Volodimir Zelenskini günahlandırmaqdan çəkinməyib:  

“Bu, Trampın xarakterinə xas xüsusiyyət idi, çünki o, özünü hər şeyə qadir hesab edirdi. Lakin Putinin xarakterinə bələd olan Tramp yaxşı anlayırdı ki, bu, asan olmayacaq. Hansısa məqbul variantla Putini razı salmaq mümkün ola bilərdi. Amma Putinin maksimalist tələbləri qəbuledilməz idi. Nə Ukrayna tərəfi, nə də Tramp bunu qəbul edə bilərdi. Odur ki, Tramp hələlik Putinə təzyiq yolu seçib. Ukraynaya üç yüz milyon dollarlıq yardım paketi hazırlanıb. Bu, Putinə bir mesajdır: əgər razılaşmasa, daha ciddi yardımlar olacaq”.

A. Qasımov düşünür ki, Tramp sözünün yerə düşməsini istəmir:

“Hesab edirəm ki, Trampın Ukraynaya edəcəyi yardımlar hələlik müharibədə ciddi dönüş yaratmasa da, bu yardımlar gələcək üçün ümidləri artırır. Putin qarşısında ciddi güc görməsə, razılığa gəlməyəcək”.

Qeyd edək ki, ABŞ Prezidneti Donald Tramp ikinci prezidentlik müddətində ilk dəfə Ukraynaya silah paketi ayıracaq. 

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,ABŞ,Ukrayna,Todaypress.tv,

photo