TOQQUŞMA! Çin İrana kömək etməyə məcburdur
Təhlil
21.06.2025 17:56
“ABŞ Prezidenti Doland Tramp Çinin İrana kömək etməyəcəyini deyəndə, məhz hərbçi göndərilməyəcəyini nəzərdə tutur”.
Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, bildirib ki, Çin İrana kömək etməyə məcburdur:
“İranın ixrac etdiyi neft Hörmüz boğazı ilə Çinə gedir. ABŞ istəyir ki, İran Hörmüz boğazını nəzarətdə saxlamasın. Ona görə də ABŞ-nin hərbi gəmiləri hazırda Hörmüz boğazına yaxın yerdədilər. Məsələ bundadır ki, İran-İsrail münaqişəsi Çinin də maraqlarına ziddir. İranın məğlub olması və ya zəifləməsi Çinə sərf etmir. 2023-cü ildə İranla Səudiyyə Ərəbistanını diplomatik yolla barışdırmışdı və bu, Çinin diplomatik qələbəsi idi. Çin İrana dəstək olmasa, onun çəmbəri daralacaq və gələcəkdə geosiyasi problemlər yaşayacaq. Təbii ki, Çin iqtisadi cəhətdən güclü dövlətdir. ABŞ-nin bu münaqişədə qazanacağı əsas pay Çinin iqtisadiyyatına zərbə vurulması olar. İrana hərbiçi göndərməsə də, başqa yollarla kömək göstərəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran-İsrail münaqişəsində Çinin İrana kömək etməyəcəyini bildirib.
Qiymət Mahir
tag: Təhlil,Çin,İran,ABŞ,Todaypress.tv,
