“Sizin “himayədarlarınız” azad olunmuş əraziləri ziyarət edirlər” – Ramiz Yunus AÇIQLADI

Təhlil

23.06.2025 10:49

“Azərbaycanın öz strateji xətti var və o, bu xətti taktiki cəhətdən ağıllı və qətiyyətli şəkildə həyata keçirir”. 

TodayPress TV xəbər verir ki, bu sözləri politoloq Ramiz Yunus öz "Facebook" hesabında yazıb.

O, Fransanın Azərbaycandakı səfirinin Qarabağ bölgəsinə səfərini belə şərh edib:

“Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon ilk dəfə olaraq Laçın, Şuşa, Xankəndi və Ağdam şəhərləri də daxil olmaqla, Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Uzun illərdən sonra eməni işğalından azad olunmuş bu şəhərlərə edilən səfər, şübhəsiz ki, həm Ermənistanda, həm də Fransada böyük emosional reaksiya doğurdu. Nə gözləyirdiniz, cənablar? Biz sizə dəfələrlə efirdə bildirirdik ki, Azərbaycanın qələbəsi, liderliyi və Cənubi Qafqaz regionunda yaranmış yeni status-kvo ilə bütün dünya hesablaşmaq məcburiyyətində qalacaq. Siz isə bizə Fransa, ABŞ və Avropa İttifaqı ilə hədə-qorxu gəlirdiniz. İndi nə görürük? Sizin “himayədar” adlandırdıqlarınız necə məmnunluqla azad olunmuş əraziləri ziyarət edirlər. Artıq hamınız anlamalısınız ki, Azərbaycanın öz strateji xətti var və o, bu xətti taktiki cəhətdən ağıllı və qətiyyətli şəkildə həyata keçirir. Gördüyünüz kimi, hamı bu reallıqla hesablaşmaq məcburiyyətində qalır”.

Politoloq sonda Uinston Çörçillin “Yolboyu hürən hər itə daş atmaq üçün dayansanız, heç vaxt təyinat nöqtəsinə çata bilməzsiniz” sözlərini misal çəkib.

Qeyd edək ki,  iyunun 21-də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Şuşaya səfər ediblər. Səfər edənlər arasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və Fransanın Azərbaycandakı səfiri Ann Buayon da olub. 

Qiymət Mahir

tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Fransa,Todaypress.tv,