Qətərin İranla İsrail arasında vasitəçiliyi – RƏY
Təhlil
24.06.2025 17:39
"İranla İsrail arasında Qətərin vasitəçiliyi ən optimal variant idi".
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, Qətərin hər iki dövlətlə münasibətlərinin yaxşı olduğunu bildirib:
"Qətərin əmiri Təmim bin Həməd Al Taninin həm regionda, həm də ABŞ-də böyük nüfuzu var. Vasitəçilik uğurlu addım idi. Nəticə hər iki dövlət üçün xeyirlidir. Həm İran, həm də İsrail ciddi resurs itkisi ilə üz-üzə idi. İsraildə xalq arasında Baş nazir Benyamin Netanyahuya qarşı narazılıq artmışdı. İranda da yüksək vəzifəli şəxslərin öldürülməsi ilə rejimdə çatlar əmələ gəldi".
Ekspertin fikrincə, müharibənin dayandırılması ABŞ və Çinin də xeyrinədir:
"Avropaya gedən yolların təhlükəsizlik məsələləri var idi, Çin bunu təmin etdi. ABŞ də fond birjalarında vəziyyətin stabil qalmasında maraqlı idi və müharibənin dayandırılması ilə buna nail oldu. Həmçinin vasitəçilik Qətərin Səudiyyə Ərəbistanı qarşısında güc qazanmasına gətirib çıxardı".
Qeyd edək ki, iyunun 24-də İran və İsrail arasında Qətərin vasitəçiliyi ilə atəşkəs rejimi qüvvəyə minib.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,Qətər,İran,İsrail,Todaypress.tv,
