Politoloq: “Bu, Bakı ilə Ankaranın seçimi olmayacaq”

Təhlil

28.05.2025 16:57

5

“Azərbaycan və Türkiyə liderləri Rəcəb Təyyib Ərdoğanla İlham Əliyev Hindistanla Pakistan arasındakı qarşıdurmada İslamabadın mövqeyini dəstəkləsələr də, Ankara və Bakı Hindistan əleyhinə açıqlama verməyiblər”. 

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” hesabında yazıb.   

O bildirib ki, Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev Laçındakı çıxışlarında Hindistanla Pakistan arasındakı atəşkəsi və iki dövlət arasındakı dialoqu dəstəklədiklərini vurğulayıblar:   

“Bu mesajı Dehlidə doğru oxumalıdırlar. Hindistandakı turizm şirkətlərinin vətəndaşlarını Azərbaycan və Türkiyəyə səfər etməyi, boykot çağırışları Hindistanın özünə zərər vura bilər. Rəsmi Dehli Azərbaycan və Türkiyə əleyhinə çağırışların qarşısını almalıdır. Əks halda, bu Hindistanın Türkiyə və Azərbaycanla əməkdaşlığına zərər vura bilər və bu Bakı ilə Ankaranın seçimi olmayacaq”. 

Qiymət Mahir

tag: Elxan Şahinoğlu,Politoloq,Azərbaycan,Türkiyə,Todaypress.tv,

photo