Paşinyanın Azərbaycanı təbrik etməsi nədən xəbər verir? - ŞƏRH

Təhlil

06.06.2025 21:08

"Hardan hara gəldik. İkinci Qarabağ müharibəsinə qədər Şuşada içkili halda yallı gedən,  “Qarabağ Ermənistandır” deyən, Cəbrayıla yol çəkməkdən dəm vuran Paşinyan indi isə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edir! Bu Azərbaycan ordusunun yaratdığı reallıqdır!".

TodayPress TV xəbər verir, politoloq Elxan Şahinoğlu bu barədə öz "Facebook" hesabında yazıb. 

O hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını ilk dəfə Qurban bayramı münasibətilə təbrik etdikdən və təbrik mesajında iki xalqa “sülh və firavanlıq” arzulamasından sonra özündə cəsarət tapıb Konstitusiyanı dəyişdirməklə bağlı qərar verməlidir.

"Sülhü yubatmaq Paşinyanın özünün ziyanınadır. Onun gələn ilin parlament seçkisinə qədər Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq imkanı var. Bu halda bayramlar münasibətilə qarşılıqlı təbriklərin əhəmiyyəti olacaq", - deyə o vurğulayıb. 

Nicat Osman

tag: Paşinyan,Təbrik, Şərh, Qurban Bayramı, Elxan Şahinoğıu, todaypress.tv,