Hörmüz boğazı bağlansa, hansı ölkələr zərər görəcək? - PROQNOZ

Təhlil

20.06.2025 12:53

“Hörmüz boğazı ilə bağlı atılacaq hər hansı addım yalnız regional deyil, qlobal təsirlərə malik ciddi böhrana çevrilə bilər”.

Politoloq Aytən Qurbanova bunu TodayPress TV-yə danışarkən deyib.

O bildirib ki, Orta Şərqdə İran-İsrail qarşıdurması Hörmüz boğazının bağlanması riskini yenidən gündəmə gətirib:

“Bu strateji keçid nöqtəsi gündəlik 20 milyon bareldən çox neftin dünya bazarına çıxışını təmin edir. Ona görə də, belə bir ssenari reallaşdığı təqdirdə enerji qiymətləri sürətlə yüksələ, xüsusilə də Çin, Hindistan və Yaponiya kimi ölkələr ciddi zərər görə bilərlər. Həmçinin Hörmüz boğazının bağlanması Qərb və Körfəz ölkələrinin enerji təchizatında da fasilələrin yaranması ehtimalını istisna etmir. Bu ehtimalın qarşısının alınması məqsədilə ABŞ və onun müttəfiqləri hərbi təzyiq vasitələrindən daha yüksək səviyyədə istifadə edə bilərlər. Belə olan halda isə vəziyyət daha çox gərginləşə bilər”. 

Analitik hesab edir ki, Hörmüz boğazı ilə bağlı atılacaq hər hansı addım yalnız regional deyil, qlobal təsirlərə malik ciddi böhrana çevrilə bilər.

Qiymət Mahir

tag: Aytən Qurbanova,Politoloq,İran,Hörmüz,Todaypress.tv,

photo