HƏLLEDİCİ GÜN: Tramp İstanbula gələcək?
“ABŞ prezidenti Donald Trampın İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılmaması onun hazırkı siyasi statusu və beynəlxalq arenadakı rolu baxımından gözlənilən haldır”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-ə danışarkən deyib.
Onun sözlərinə görə, İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqları beynəlxalq arenada gərginliyin azaldılması üçün kritik fürsət təqdim edir:
“Bu danışıqlar hər iki tərəfin mövqelərini anlamaq və dialoq vasitəsilə ortaq məxrəcə gəlmək üçün vacibdir. Qlobal ictimaiyyət bu danışıqlardan müsbət nəticələr gözləyir, çünki regiondakı sabitlik bütün Avropa üçün əhəmiyyətlidir. Danışıqların uğurlu olması humanitar böhranın azaldılmasına və sülhün bərqərar olmasına töhfə verə bilər. Lakin tərəflər arasında dərin fikir ayrılıqları mövcuddur. Bu da danışıqların çətin və uzun sürəcəyini göstərir”.
Ekspert belə kritik məqamda beynəlxalq vasitəçilərin rolunun xüsusilə vacib olduğunu bildirib:
“Onlar tərəflər arasında etimadın yaradılmasına kömək etməlidirlər. Danışıqlar həm də gələcək münasibətlərin qurulması üçün zəmin yarada bilər. Görüş beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir, çünki onların nəticələri qlobal siyasətə əhəmiyyətli təsir göstərə bilər. Danışıqların uğursuz olması regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Ona görə də, hər iki tərəf konstruktiv dialoq aparmaq və ortaq məxrəcə gəlmək üçün maksimum səy göstərməlidir”.
T. İsmayılov Trampın İstanbula səfər edəcəyini düşünmür:
“ABŞ liderinin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılmaması onun hazırkı siyasi statusu və beynəlxalq arenadakı rolu baxımından gözlənilən haldır. Onun bu mərhələdə danışıqlarda birbaşa iştirakı prosesə əlavə siyasi çalarlar qata bilərdi. Trampın danışıqlara qatılmaması digər beynəlxalq aktorların və diplomatik səylərin önə çıxmasına imkan yaradır. Onun orda olmaması danışıqların daha çox mövcud dövlətlərin nümayəndələri arasında aparılmasına şərait yaradır. Bu, danışıqların gündəliyinin daha fokuslu və birbaşa olmasına kömək edə də bilər”.
Qeyd edək ki, mayın 15-də İstanbulda nəzərdə tutulan Rusiya-Ukrayna danışıqları bu gün başlayıb.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,
