Azərbaycanda ölüm hökmü bərpa edilə bilər? - Deputat açıqladı
Təhlil
03.10.2025 17:44
"Cinayət hadisələrinin artması gələcəkdə ölüm hökmünə münasibətin dəyişməsi ilə bağlı yeni müzakirələrin aparılmasına səbəb ola bilər".
Milli Məclisin deputatı Fazil Mustafa bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, hazırda Azərbaycanda ölüm hökmünün bərpası dövlət səviyyəsində nəzərdə tutulmur.
"Bu məsələ Avropa Şurası qarşısında götürülmüş öhdəliklər səbəbindən gündəmə gətirilmir. Milli Məclisdə hamilə qadınlara və uşaqlara qarşı ağır cinayətlərdə ölüm hökmünün tətbiq olunmasını dəstəkləyən fikirlər səsləndirilib. Ancaq perspektivdə belə bir müzakirənin aparılması nəzərdə tutulmur".
Fazil Mustafa əlavə edib ki, ölüm hökmünün ləğvi Azərbaycanın humanist dövlət kimi tanınması baxımından da mühüm addım hesab olunur.
Qeyd edək ki, Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının bərpasını ilə bağlı qanun layihəsinin hazırlanması göstərişi verib.
Türkan İsgəndərli
tag: Fazil Mustafa,Deputat,Azərbaycan,Ölüm hökmü,todaypress.tv,
