Yeni süni intellekt modeli epidemiyaların yayılmasını proqnozlaşdırır
Sosial
09.06.2025 05:00
Con Hopkins Universitetinin alimləri “PandemicLLM” adlı süni intellekt modeli hazırlayıblar. Model epidemiyaların yayılmasını 1–3 həftə əvvəldən proqnozlaşdıra bilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Nature Computational Science” jurnalı məlumat yayıb.
Model demoqrafiya, xəstəxanaya yerləşdirmə, vaksinasiya, maska rejimi və yeni virus ştammları kimi müxtəlif göstəriciləri nəzərə alır. COVID-19 pandemiyası zamanı ABŞ-də toplanmış 19 aylıq məlumatlar üzərində test edilən “PandemicLLM” əvvəlki sistemlərdən daha dəqiq nəticə göstərib.
Alimlər bu modeli quş qripi, meymunçiçəyi və digər virusların izlənməsi üçün də uyğunlaşdırmaq niyyətindədir. Hazırda “PandemicLLM” insan davranışlarını – məsələn, vaksin olunma qərarlarını da nəzərə alacaq şəkildə təkmilləşdirilir.
Qiymət Mahir
tag: Virus,Epidemiya,Xəstəlik,Süni İntellekt,todaypress.tv,
 
        
 
                                ![Yaşa bağlı [[DNT zədələnməsi]] bərpa oluna bilər](/uploads/news/685405fbc9954.webp) 
                                            ![Alimlər xərçəngə qarşı [[yeni mübarizə üsulu]] tapdılar](/uploads/news/68cbfa3cb984d.webp) 
                                             
                                            ![Dişləri nə vaxt [[fırçalamaq]] lazımdır?](/uploads/news/6852619a76352.webp) 
                                            ![AI epilepsiyalı uşaqlarda [[gizli beyin zədələrini]] aşkarladı](/uploads/news/68dd36a221fe5.webp) 
                                            ![[[Azərbaycan və Çin]] səhiyyə sahəsində müzakirələr apardı](/uploads/news/688740f895ea6.webp) 
                                            ![Yeməkdən sonra üzmək [[təhlükəlidir?]]](/uploads/news/68623fa03b743.webp) 
                                            ![At, arı və donuzların [[xüsusi təhlükəli xəstəlikləri üzrə klinik müşahidələr]] aparılacaq](/uploads/news/688c63906df5b.webp) 
                                            ![Avqust ayı ərzində [[8 milyona yaxın]] tibbi xidmət göstərilib](/uploads/news/68cba0e321fc0.webp) 
                                            ![Yağlı dəriyə qulluq zamanı belə [[səhvlər etməyin!]]](/uploads/news/68343ec4c1548.webp) 
                                            