Yay mövsümündə günvurma ilə bağlı 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb
Sosial
26.09.2025 11:36
2025-ci ilin yay mövsümündə (iyun, iyul, avqust ayları üzrə) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb.
TodayPress TV xəbər verir ki, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib.
Digər 35 nəfərə yerində tibbi yardım göstərilib, 5 nəfər isə hospitalizasiyadan imtina edib.
Eyni zamanda günvurma ilə əlaqədar Sumqayıt, Şirvan, Salyan, Siyəzən, Astara, Zaqatala, Qəbələ, Quba, Qax, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala, Zaqatala və s. bölgələrdən də 23 nəfərin çağırışı daxil olub. Onlardan 13 nəfərə yerində tibbi yardım göstərilib, 10 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
tag: TƏBİB,Günvurma,Müraciət,Xəstəxana,Todaypress.tv,
 
        
 
                                ![Qaynadılmış kartofu 1 sutka soyuducuda saxlamaq lazımdır [[- DİETOLOQ MƏSLƏHƏTİ]]](/uploads/news/682f3a7679e62.webp) 
                                            ![Yanlış seçilmiş ofis kreslosu sağlamlıq üçün [[təhlükə yarada bilər]]](/uploads/news/6830178780033.webp) 
                                            ![Gecə tez-tez oyanmaların [[səbəbi nədir?]]](/uploads/news/69021baf61246.webp) 
                                            ![Ofis işçilərinə görməni qorumaq üçün [[vacib tövsiyələr]]](/uploads/news/68fe86fedf715.webp) 
                                            ![Səhər yeməyini gecikdirməyin [[zərərləri]]](/uploads/news/68f241613f3df.webp) 
                                            ![TƏBİB-in tabeli müəssisələrində ilkin tibbi‑sanitariya yardımına dair [[metodoloji sənəd təqdim edildi]]](/uploads/news/68f88db3c8f14.webp) 
                                            ![Tənhalığa əsas səbəb paranoid düşüncələrdir [[- ARAŞDIRMA]]](/uploads/news/68cd4d288243c.webp) 
                                            ![Siqaretlərdə [[bakteriya izləri]] aşkarlandı](/uploads/news/6904b32fba9ed.webp) 
                                            ![Günəş kremindən necə istifadə etməliyik? [[– Kosmetoloq MƏSLƏHƏTİ]]](/uploads/news/687500730c038.webp) 
                                            ![Qobustan RMX-də [[44 mindən çox pasiyentə]] xidmət göstərilib](/uploads/news/6854ff116fdeb.webp) 
                                            