Soyuqdəymə zamanı necə qidalanmaq lazımdır?

Sağlamlıq

29.09.2025 19:00

Xəstəlik zamanı orqanizmi düzgün qidalanma ilə dəstəkləmək vacib hesab olunur. 

TodayPress TV xəbər verir ki, mütəxəssislərin fikrincə, bu dövrdə bədən infeksiya ilə mübarizə aparmaq üçün əlavə enerji sərf edir və düzgün rasion seçimi sağalma prosesini sürətləndirə bilər.

Sağalma dövründə fastfud, qəlyanaltılar, qızardılmış və yağlı yeməklər, qazlı içkilər kimi məhsulların rasiondan çıxarılması tövsiyə olunur. Həmçinin, qırmızı ət, un məmulatları və şirniyyatlar da bu müddətdə arzuolunmaz hesab edilir.

Soyuqdəymə və digər infeksion xəstəliklər zamanı sadə, asan həzm olunan qidalar, bulyonlar, yüngül şorbalar, sıyıqlar və yaxşı bişmiş ət məhsulları daha məqsədəuyğun sayılır. Bu cür qidalanma orqanizmin gücünü qorumağa və sağalma prosesini dəstəkləməyə kömək edir.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Soyuqdəymə,Qida,Xəstəlik,Yemək,Todaypress.tv,