Həkim xərçənglə bağlı yayılan mifi dağıtdı
Sosial
23.10.2025 19:45
Şəkəri tamamilə kəsmək sinə xərçəngindən qorumağa zəmanət vermir.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Rush Universiteti Tibb Mərkəzinin və MD Anderson Xərçəng Mərkəzinin mammoloqu Shelley Lo bildirir ki, pəhrizdə işlənmiş və şəkərli qidaların azaldılması döş xərçəngi riskini aşağı sala bilər, amma şəkəri tamamilə kəsmək qorunma təmin etmir.
Ekspertin sözlərinə görə, xəstəliyin risk faktorları idarə olunan və idarə olunmayanlara bölünür. Yaş, ailə tarixi və genetik meyl riskə təsir edən əsas amillərdəndir. Xüsusilə 40 yaşdan sonra risk artır və 70 yaşdan yuxarı qadınlarda pik həddə çatır. Erkən menstruasiya və ya gec menopoz estrogen hormonuna məruz qalma müddətini uzadır və xəstəliyin inkişaf ehtimalını yüksəldir.
Həkimlər alkoqol və siqaretdən uzaq durmağı, bol bitki mənşəli qidalar və sağlam yağlar yeməyi, müntəzəm hərəkət etməyi və stressi idarə etməyi tövsiyə edir. Shelley Lo əlavə edib ki, xərçəng hüceyrələri enerji üçün şəkərdən istifadə etsə də, onun pəhrizdən çıxarılması xəstəliyin inkişaf riskini birbaşa azaltmır. Bunun əvəzinə, işlənmiş və şəkərli qidaların istehlakını məhdudlaşdırmaq və sağlam çəki saxlamaq önəmlidir, çünki bu cür qidalar bədəndə iltihabı artıra və ümumi xərçəng riskini yüksəldə bilər.
Jalə Rövşən
tag: Xərçəng ,Mif,Həkim,Şəkər,Todaypress.tv,
