Bakıda tədbirdə monitor qadının üstünə aşdı - VİDEO

Bakıda tədbirdə monitor qadının üstünə aşdı - VİDEO
21.09.2026 10:36 Sosial

Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı monitor aşıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ehtiyatsızlıqdan iriölçülü LED ekran insanların dayandığı yerə düşüb. Hadisə nəticəsində bir qadının xəsarət aldığı qeyd edilib.

Digər məlumata görə, bədbəxt hadisə AYNA-nın Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verib.

Əlavə məlumat veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər