Bakıda “INMerge” İnnovasiya Sammiti işinə başladı
Sosial
29.09.2025 09:22
Bu gün Bakıda “INMerge” İnnovasiya Sammiti işinə başlayır.
TodayPress TV xəbər verir ki, “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində bir araya gəlir.
“INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirəcək.
Sammit zamanı iştirakçılar müxtəlif şirkətlər tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər.
İki gün davam edəcək sammitdə iştirakçılara yüksək səviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Builki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılacaqlar.
tag: Sammit,Bakı,İNMerge,İnnovasiya,Todaypress.tv,
 
        
 
                                ![Allahşükür Paşazadə [[Aşura günü ilə bağlı]] qan verdi](/uploads/news/6868d6bb5f144.webp) 
                                            ![Parklanma məntəqələri [[vahid nömrə ilə qeyd edilir]]](/uploads/news/682dd95ae0868.webp) 
                                            ![[[Fiziki məhdudiyyətli şəxslər]] paytaxtda rahat hərəkət edə bilir?](/uploads/news/68626f786ea50.webp) 
                                            ![[[DYP hava şəraiti]] ilə əlaqədar sürücülərə müraciət etdi](/uploads/news/68e7dcf55f96a.webp) 
                                            ![Sabah hava necə olacaq? [[- PROQNOZ]]](/uploads/news/688f1c169ea36.webp) 
                                            ![Kəngərli kəndinə köçən daha [[50 ailəyə mənzillərin açarları]] təqdim edildi](/uploads/news/682c593f3798c.webp) 
                                            ![Sosial müdafiəyə dəstək gücləndiriləcək [[– AÇIQLAMA]]](/uploads/news/682ecc009d6e3.webp) 
                                            ![90-dan çox ölkənin vətəndaşı [[Azərbaycanda işləmək üçün]] müraciət edib](/uploads/news/687601c677c1b.webp) 
                                            ![Hövsanda [[qaz]] olmayacaq](/uploads/news/69045860b0347.webp) 
                                            ![ETSN-də [[növbəti qanvermə aksiyası]] keçirildi](/uploads/news/688b4c81998e0.webp) 
                                            