Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi

Cəmiyyət

27.05.2025 11:01

4

Qəbələ rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər. 

Tədbirin əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, hüquqi məsələlərdə maarifləndirməni artırmaq və prokurorluğun şəffaf fəaliyyətini nümayiş etdirmək olub. 

Tədbirin açılışında çıxış edən Qəbələ rayon prokuroru Nazim Babayev belə təşəbbüslərin cəmiyyətin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

O, həmçinin prokurorluğun fəaliyyətində şəffaflığın artırılması və vətəndaşların hüquqlarının qorunmasının prioritet olduğunu qeyd edib. N.Babayev rayon prokurorluğunun səlahiyyətləri və iş prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarını cavablandırıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının strukturu, funksiyaları və iş prinsipləri barədə təqdimat edib.

O, prokurorluqda aparılan islahatların əsas məqsədinin şəffaflıq, vətəndaş məmnunluğu və hüquqi təminatların gücləndirilməsi olduğunu vurğulayıb. K.Zeynalov həmçinin ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi üçün prokurorluğun gördüyü işlər barədə məlumat verib. 

Tədbirdə rayon prokurorluğunun digər əməkdaşları da çıxış edərək öz sahələrindəki təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. İştirakçılar, prokurorluğun iş prosesləri və hüquqi təminatlarla bağlı praktiki biliklər əldə ediblər.

tag: Qəbələ,Prokurorluq,Açıq Qapı,Günü,Todaypress.tv,